Rasim Məmmədov “Dodo” televiziyasının qonağı oldu. Canlı yayımda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) fəaliyyəti, milli-mənəvi dəyərlərimiz və soydaşlarımızın birliyi ilə bağlı maraqlı müzakirələr aparıldı.
DAMM, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarını, tövsiyələrini və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mədəni və ictimai vəhdətini qorumaq məqsədi ilə 1996-cı ildə yaradılıb. Mərkəzin ilk vəsiqəsi milli lider Heydər Əliyevə təqdim edilib ki, bu da onun nə qədər məsuliyyətli bir missiya daşıdığını göstərir.
DAMM və Sabitlik və İnkişaf Mərkəzi hər zaman Heydər Əliyevin ideyalarını yaşadaraq, Prezident İlham Əliyevin göstərişlərini yerinə yetirib. Azərbaycan mədəniyyətinin inkişafında və dünya azərbaycanlılarının birliyində mərkəzin rolu böyükdür.
Müsahibə zamanı Rasim Məmmədov mədəniyyətin bir xalq üçün nə qədər vacib olduğunu vurğulayıb:
“Bir xalqın tanınması üçün onun dili, mədəniyyəti, musiqisi, ədəbiyyatı və tarixi əsas rol oynayır. Azərbaycan xalqı qədim mədəniyyətə malikdir və bunu şöhrət ordenli xalq şairi Söhrab Tahir öz əsərlərində əks etdirib.”
O, həmçinin qeyd edib ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzini məhz Söhrab Tahir təsis edib. Hələ bu mərkəz yaranmamışdan əvvəl, 1961-ci ildə Heydər Əliyev Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzini və Dostluq Cəmiyyətini yaratmışdı.
Rasim Məmmədov DAMM-in gələcək planları, lahiyələri və tədbirləri haqqında da məlumat verib. O bildirdi ki, yaxında 28 May münasibətilə Şuşa şəhərində “Şuşa Mədəniyyət Evi”ndə təşkilat tərəfindən konsert təşkil ediləcək. 10 Mayda Ulu Öndər Heydər Əliyevin Arxangelsk şəhərində doğum günü qeyd olunacaq. 2026-cı ildə xalq şairi Söhrab Tahirin 100 illik yubileyi və DAMM-in 20 illiyi geniş şəkildə qeyd ediləcək.
Rasim müəllim əlavə edib ki, küçə hərəkət qaydaları ilə bağlı vətəndaşlar, yeniyetmə, gənclər arasında maarifləndirmə layihələri də davam etdirilir və birinci yerləri tutan şəxslər təşkilat tərəfindən fəxri diplomlar ilə təltif olunacaqlar.
Bu söhbət, Azərbaycan mədəniyyətinin qlobal səviyyədə təbliği və soydaşlarımızın birliyi uğrunda görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirdi. Rasim Məmmədov kimi ictimai xadimlərin fəaliyyəti milli dəyərlərimizin yaşadılmasında böyük rol oynayır.
