Rasim Məmmədov: “Demokratik və şəffaf seçkilərin nəticələrini alqışlayırıq”

0
488

“Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Bu seçkilərdə 125 nəfərlik deputat yeri uğrunda 1300-dən çox namizəd mübarizə aparıb.
Seçkilər çox uğurlu, demokratik və şəffaf keçib və biz onun nəticələrini alqışlayırıq. Bütövlükdə parlament seçkilərinin keçirilməsini və əksər nəticələrin əldə olunmasına heç bir iradımz yoxdur. Bunu ölkəmizdə demokratik şəffaf seçkilərə doğru atılan növbəti bir addım kimi qiymətləndiririk. Çünki indiyədək Azərbaycan tarixində seçkilərdə bu cür geniş formada seçkiyə vətəndaşların müşahidəçi qismində nəzarəti olmamışdır. Demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ictimai şüurun formalaşdırılmasına gətirib çıxarır və hər kəs öz qanuni hüquqlarını tələb etməyə artıq başlayıb. Bu da ilk növbədə ölkə başçısının tələbi və tapşırığıdır ki, Azərbaycan vətəndaşı öz hüquqlarını bilməli və qorumalı, dövlətin qanunlarına riayət etməlidir.”
İctimai Nəzarət Koalisiyasının sədri, DAMM İB-nin I vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədovun parlament seçkiləri ilə bağlı Birinci Seçki Forumunun bağlanış mərasimində söylədiyi bu fikirlər geniş ictimaiyyətə İctimai Nəzarətin demokratik ənənələrə, dövlətin nəzarətinə xidmət sahəsinə ayırdığı diqqətin və fəaliyyətin əhəmiyyətini bir daha geniş şəkildə çatdırılmasını sübut etdi.
Dövlət başçısının tapşırığı ilə, MSK Konstitusiyaya və mövcud qanunlara uyğun olaraq bütün gərəkli addımları atmış, bütün seçki məntəqələri lazımi atributlar və avadanlıqla təchiz olunmuşdur. Geniş ictimaiyyət də seçkini yüksək qiymətləndirmişdir.
Bu il keçirilmiş parlament seçkilərində deputatlığa 276 qadın namizəd də iştirak etmişdir.
Bu ilki parlament seçkilərində 19 ölkənin seçki komissiyası geniş heyətlə təmsil olunub və seçkidə ümumilikdə 89676 nəfər, ölkədə fəaliyyət göstərən 21 Qeyri-Hökumət Təşkilatından 2737 nəfər müşahidəçi kimi iştirak edib.
Forumun son iclası İctimai Nəzarətçilərin seçki günü baş verən qanunsuzluqlar barədə çıxışları və bu qanun pozuntularının dövlət tərəfindən lazimi qiymətini alması ilə bağlı yüksək razılıqları ilə müşayət olundu.
Seçkilər günü İctimai Nəzarət qarşısına qoyduğu vəzifələrin həyata keçirilməsi üçün gərgin iş rejimi ilə fəaliyyət göstərmişdir.
Respublikanın bütün seçki məntəqələrində İctimai Nəzarət nümayəndələri müşahidəçilik və nəzarət öhdəliyini layiqincə həyata keçirmişlər.
İctimai Nəzarət Koalisiyasının bir neçə məsul şəxslərinin də namizədliyinin irəli sürüldüyü seçkilərdə baş verən xoşagəlməz və qanunsuz əməllərlə əlaqədar Mərkəzi Seçki Komissyası və digər rəhbər orqanlara məlumatlar göndərilib.
Cənab Prezidentimizin də söylədiyi kimi, bu kimi halların qanuni həllini tapması göz qabağındadır.

Birinci Seçki Forumunun bağlama mərasimində Nəzarət Koalisiyasının fəaliyyətində əvəzsiz xidmətləri olanlar fəxri diplomlarla təltif olunmuşlar.

“ictimaixeber.az”