Rasim Məmmədov daha bir fırıldaqçını-Vüqar İsmayılovu ifşa edir

0
1954

“Azərbaycanın çətin günlərində Rusiyada, Qazaxıstanda məskən salıb bir sıra vətəndaşları aldadaraq və dələduzluq edərək qazandıqları pullarla ölkəyə qayıtmış bir qrup şəxs burada da öz bədxah əməllərini davam etdirirlər”.
Bu sözləri İNK-nın sədri, DAMM-ın I vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov ölkə ictimaiyyətinə müraciət edərək söyləmişdir.
R.Məmmədov eyni zamanda bildirmişdir:
“Bu günlərdə Qazaxıstan Respublikasının vətəndaşı olmuş Vüqar İsmayılovun “Gün TV-də” çıxışlarında deyilənlərin İNK tərəfindən aparılan müşahidə və araşdırmalar nəticəsində yalan və şər-böhtan xarakterli olması üzə çıxarılmışdır.
V.İsmayılovun çıxışlarından sonra onun Qazaxıstanda və ölkəmizdə aldatdığı bir qrup vətəndaş bizim təşkilata müraciət etmiş və şikayətlərini, narazılıqlarını bildirmişdir.
Cəmiyyət üçün bu kimi təhlükəli ünsürlərin ictimai qınaq hədəfinə çevrilməsi və cəzalandırılması üçün əlimizdən gələni edəcəyik.
Bu kimi insanlara aramızda yer olmamalıdır”.
Onu da qeyd edək ki, İNK müvafiq dövlət və hakimiyyət orqanları, ictimaiyyət nümayəndələri ilə Vüqar İsmayılovun bədxah əməllərinə son qoyulması üçün birgə işlər aparır.
“İctimaixeber.az”