Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib.
Bu vəzifə Fikrət Əliyevə həvalə edilib.
Qeyd edək ki, o, AMEA-nın İşlər idarəsinin müdir müavini vəzifəsində çalışıb. Həmçinin F.Əliyev Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA-nın iclasında qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.