Ramiz Duyğunun yeni kitabının təqdimatı olacaq

0
468

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin s abiq rəhbəri, şair, publisist Ramiz Duyğun yaxın günlərdə Ictimai Nəzarət Koalisiyasının qonağı olacaqdır.
Çoxlarının 1979-80-ci illərdə Azərbaycan Televiziyasında efirə getmiş “Hünər” proqramının aparıcısı kimi tanıdığı polkovnik Ramiz Duyğunun yeni kitabının təqdimatı olacaq.
Azərbaycan Silahlı Qüvvələrinin nizamnamələrinin hazırlanmasında Müdafiə Nazirliyinin keçmiş müavini mərhum General-leytenant Çingiz Məmmədovla birgə Ramiz Duyğunun önəmli rolu olmuşdur.
Hər iki sənəd Milli Məclisdə təsdiq edilib.
Ramiz Duyğun on şeirlər kitabının, 5 publisistik kitabın, 3 tərcümə kitabını n, dövrü mətbuatda çap olunmuş, yüzlərlə məqalələrin müəllifidir.
1959-cu ildən Azərbaycan Mətbuatında çıxış edən Ramiz Duyğunun Mətbuatda çap olunan ilk şeiri (Yaşa Azərbaycan) “Cəngin səsi” almanaxı da işıq üzü görmüşdür.
Son 62 ildə Azərbaycan Mətbuatında şair kimi çıxış edən R.Duyğun 1973-cü ildən hərbi jurnalistika ilə ciddi məşğul olmuşdur.
1990-ci il qanlı yanvar hadisələrinə qədər Azərbaycan Dövlət Televiziyasının Hərbi vətənpərvərlik redaksiyasının “Hünər” proqramının daimi aparıcısı və müəlliflərindən biri olmuşdur.
Hünər proqramı o zaman yeganə hərbi vətənpərvərlik mövzusunda işləyən proqram olmuşdur.
“Hünər” proqramı eyni zamanda Böyük Vətən Müharibəsindən qayıtmayan oğul və qızlarımızın son mənzilinin axtarışı ilə məşğul idi.
“Hünər” redaksiyasının əməkdaşlarının fədakarlığı sayəsində 1973-cü ildən 1990-cı ilə qədər 13 min nəfər Vətən müharibəsindən qayıtmayan oğul və qızlarımızın son mənzilləri tapılb öz doğmalarına təqdim edilmişdir.
“Qızıl Qələm” mükafatı laureatı, “Araz Ali Ədəbi” laureatı Ramiz Duyğunun “Tarixin Təkərini geri döndərən” adlı şeiri böyük sərkərdəmiz, Vətən müharibəsinin qalibi və qadir komandanı İlham Əliyevə həsr olunmuşdur.
10 dekabr saat 12:00 da Azərbaycan Nəşriyyatının akt zalında Ramiz Duyğunun yeni kitabının təqdimatı olacaqdır.