Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA – VİDEO

0
697

Ölkədə xəstəliyin yayılma sürəti, təəssüf ki, yüksəkdir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, ölkədə koronavirusa yoluxmanın sürətinin artması səbəbindən bir klaster üzrə bir sıra şəhər və rayonlarda ciddi karantin rejiminin yenidən tətbiqinə qərar verilib:

“Bu müddət ərzində vətəndaşlara karantin qaydalarına riayət etmələri tövsiyə olunur. Verilən qərarlar ciddi araşdırmaların nəticəsində meydana çıxır. İlk gündən TƏBİB yanında koronavirusla bağlı peşəkar kadrlardan ibarət komitə yaradılıb.

Yerli və xaricdə yüksək ixtisas almış şəxslər bu komitənin üzvləridir. İnfeksion şöbələrdə, laboratoriyalarda işçi qrupları yaradılıb və pandemiya dövründə dəyişən vəziyyətə nəzarət olunub”.