Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.
Bu barədə futbolçu özü “Facebook” hesabında paylaşım edib.
Ramil Şeydayev bildirib ki, futbol oynadıqdan sonra uşaqlarla söhbət edib:
“Onlardan soruşdum ki, məni tanıdınız? Cavabında isə “bəli, sən Rəşad Sadıqovsan” dedilər”.
Qeyd edək ki, dünən Rusiya doğumlu Ramil Şeydayev atasının doğulduğu Kürdəmir rayonunun Cəyli kəndinə baş çəkib.