Ramazanda yuxusuzluğa diqqət: Gündə ən azı…

0
127

Gündə ən az 5 saat yuxu sağlamlıq üçün vacibdir.

Hər bir insanın gündə ən az 5 saat yatması lazımdır. İnsandan insana dəyişən yuxu rejimi bütün sağlamlığa əhəmiyyətli dərəcədə təsir edir.

Böyüklərin dincəlmək üçün hər gün 6-8 saat arasında nizamlı yatması lazımdır. Ancaq gündəlik həyatın gərginliyində hər gün eyni vaxtda yatmaq mümkün olmaya bilər. Bu vəziyyət sonda bədən sisteminə mənfi təsir edərək baş ağrısı, diqqətsizlik və yorğunluğa yol açır. Xüsusilə Ramazan ayında oruc tutan şəxslərin sahur səbəbiylə yuxusu pozula bilər.

Ramazan ayında yuxusuzluğa qarşı nə etməli?

  • Yatmadan əvvəl texnoloji cihazlardan uzaq durun
  • Xüsusilə Ramazan ayında gözləri qorumaq üçün gündəlik yuxu ehtiyacını qarşılamaq və yuxu vaxtını irəli çəkmək vacibdir. Beləliklə, gecə oyaq qalan vaxt tamamlanır.
  • Sahurdan sonra ən az 30 dəqiqə yatmaq yuxu keyfiyyətini artırır.
  • İftarda və ya sahurda yuxuya maneə olacaq dərəcədə həddən artıq və ya həzm edilməsi çətin olan ağır və yağlı yeməklər yeməmək vacibdir.
  • Ramazanda göz quruluğunun qarşısını almaq üçün iftarla sahur arasında bol su içmək lazımdır.
  • Gecələr qaranlıq və mümkünsə sakit mühitdə yatmaq yuxunu daha keyfiyyətli edir.