Ramazan bayramında Türkiyədə dörd günlük küçəyə çıxma qadağası olacaq

0
455

Türkiyədə Ramazan bayramı ilə əlaqədar 24-27 may tarixlərində 81 böyük vilayətdə küçəyə çıxma qadağası tətbiq olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra bu barədə xəbər verib.

O da bildirilib ki, mayın 29-dan sonra bəzi məscidlər ibadət üçün açıq olacaq