Raket düşdüyü gün “Makron”la danışan Polşa prezidenti: “Sizcə, mənə Rusiya ilə müharibə lazımdır?”

0
174

“Mən Rusiya ilə müharibə istəmirəm”.

Bu barədə Polşa Prezidenti Andjey Duda bildirib.

Polşa lideri müvafiq bəyanatı ölkə ərazisinə raket düşdüyü gün ona zəng edən və özlərini Fransa Prezidenti Emmanuel Makron kimi təqdim edən rusiyalı prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) ilə söhbətində verib.

Bu gün prankerlər sosial şəbəkə hesablarında bununla bağlı video paylaşıblar. Videoda yalançı Makron Dudadan soruşur ki, o, Kiyevin insidentlə bağlı mövqeyini Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni silah tədarükünə dair daimi müraciətləri ilə əlaqələndirirmi?

“İnanın, mən son dərəcə ehtiyatlıyam. Mən rusiyalıları günahlandırmıram. Emmanuel, düşünürsüz ki, mənə Rusiya ilə müharibə lazımdır? Xeyr. İnanın, mən bunu istəmirəm. Mən Rusiya ilə müharibə istəmirəm və son dərəcə ehtiyatlıyam, inanın mənə. Olduqca ehtiyatlıyam”, – deyə Duda suala cavab verib.