Radikal müxalifət çirkin əməllərinə start verdi

0
508

Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa cəhd göstərirlər.

Bu sözləri açıqlamasında millət vəkili Elman Nəsirov Azərbaycanın əldə etdiyi tarixi qələbəni məğlubiyyət kimi göstərməyə çalışan qüvvələr haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan bu müharibədən tam və qətiyyətli qalib olaraq çıxdı:

“İşğaldan azad edilən ərazilərimizdə suveren hüquqlarımız tam bərpa olunub. Dekabr ayının 1-nə qədər bütün torpaqlarımız geri qaytarılacaq. Ən əsası keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı məsələ məlum sənəddə öz əksini tapmadı. Bu və digər nailiyyətlər ölkə başçısının və Azərbaycan xalqının diplomatik uğurudur.

Təəssüf ki, bu uğuru bu gün layiqincə qiymətləndirməyən qüvvələr, şəxslər də var. Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir.

Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, 12 rayonu itirmişdir.

Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur”.