Radiatorlara verilən isti suyun dərəcəsi artırılmalıdır – Ekspert-VİDEO

0
160

Ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Artıq qışın soyuğunu hiss edirik. Bu havada insanları düşündürən əsas məsələlərdən biri istilik, işıq, qaz, su kimi kommunal problemlərdir.

Bəs kommunal xidmət göstərən qurumlar soyuq hava şəraitinə hazırdırmı? Qurumlardan əlavə, vətəndaşlar da soyuq havalarda kommunal problemlər yaşamasın deyə hansı tədbirləri görməlidirlər?

Kommunal xidmət göstərən dövlət qurumları ən şaxtalı günlərə belə tam hazır olduqlarını bildirirlər. Lakin əvəlki illərin təcrübəsi göstərir ki, əsas problem yerə 10 santimetr qar yağandan və yollar buz bağlayandan sonra ortaya çıxır.

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, su borularını şaxtadan qorumaq üçün izoliyasiya edilməlidir.

Ekspert qeyd edib ki, qışda qaz sərfiyyatı beş dəfəyədək artır. Bu səbəbdən təhlükə riski də böyüyür. Ona görə də qaz boruları vaxtında və diqqətlə yoxlanılmalıdır.

Nüsrət Qasımovun sözlərinə görə, havalar soyuduqca radiatorlara verilən isti suyun dərəcəsi də artırılmalıdır.

Onun sözlərinə görə, kommunal xidmət göstərən qurumlar mütəmadi yoxlanışlar həyata keçirməlidir. Qurumlarla yanaşı vətəndaşlar da diqqətli olmalı və təhlükəsizlik üçün üzərlərinə düşən işləri görməlidirlər.