R.Məmmədov “INK-nın qapıları hər zaman açıqdır”

0
527

“Ictimai Nəzarətçi vicdanlı, əxlaqlı insanlar olmalıdır. Bir qrup insanlar öz şəxsiyyətini, öz varlığını, mənəviyyatını sataraq pul qazanırlar. Başqa bir qrup insanlar isə öz mənəviyyatını qoruyaq, əziyyətlərə qatlaşaraq öz ailəsini qorumaq üçün fəaliyyət göstərir.
Òlkə rəhbərinin uşaqdan böyüyə, hamının anlayacağı dildə, sadə fikirlərlə söylədiklərinə diqqətlə qulaq asın. Və bütün bunlardan düzgün nəticə çıxarın. Rüşvətxor məmurların üzə çıxarılmasında hər biriniz dəstəyinizi göstərin.”
Bu sözləri Ictimai Nəzarət Koalisiyasının sədri, DAMM-nin 1-ci vitse-prezidenti,SİMİB rəhbəri, ictimai xadim Rasim Məmmədov İNK və DAMM üzvlərinin fəxri fərmanlarla təqdimedilmə mərasimində söyləmişdir.
O, həmçinin söyləmişdir: “Ölkədə daxili nəzarətə daha böyük önəm verilməsi artıq hər kəsə məlumdur. Qanı ilə, canı ilə torpaqlarımızı azad edənlər ölkəmizin başçısına və millətinə sadiqliklərini necə sübut etdilərsə, hər birimiz də simasız insanlara qarşı mübarizəmizlə xalqa sədaqətimizi nümayiş etdirməliyik. INK-nın qapıları bu mübarizədə iştirak edənlərin üzünə hər zaman açıqdır”.

“ictimaixeber.az”