Rəsmi Moskvadan Paşinyana ÇAĞIRIŞ

0
62

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda sülh uğrunda canları bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb.

O, bunu Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın mətnini təhrif etdiyi son açıqlamalara münasibət bildirərkən deyib.

“Yazılanların reallığa çevrilməsi üçün insanlar təkcə vaxtını deyil, bəzən həyatlarını da qurban verirlər. Ona görə də sənədlərdən sitat gətirərkən belə yüngül, məsuliyyətsiz yanaşmaq olmaz”, – deyə Zaxarova vurğulayıb.