“Rənglər dünyasının hökmdarı”nın son mənzili – FOTOREPORTAJ

0
473

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov bu gün Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edib.

Dünya şöhrətli rəssamın dəfnindən fotoreportajı təqdim edirik: