Rəisinin prezident seçilməsi rəsmən təsdiqləndi

0
357

İran Daxili İşlər Naziri Abdulreza Rahmani-Fəzli Seyyid İbrahim Rəisinin İran İslam Respublikasının Prezidenti seçilərək, 28 933 004 bülletendən 17 926 345 səs topladığını elan edib.

İRNA xəbər verir ki, digər namizədlər Muhsin Rızai 3 412 712 səs, Abdunnasır Himmeti 2 427 201 səs və Hüseyn Kadızadə Haşimi 999 718 səs qazanıblar.

İrandakı seçkiləri 226 xarici KİV-dən 500-ə yaxın beynəlxalq jurnalist işıqlandırıb.