Rəisinin iddiası: Zəngəzur dəhlizi NATO-nun bazasına çevriləcək

0
253

İran prezidenti İbrahim Rəisi Ermənistan və Azərbaycan nümayəndələrinə Zəngəzur dəhlizinin NATO-nun bazasına çevriləcəyini bildirib.

Bunu İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “X” şəbəkəsində yazıb.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi İran prezidenti İbrahim Rəisi ilə görüşüblər. Hər iki görüşdə prezident bəyan edib ki, “Zəngəzur dəhlizi” ölkələr üçün milli təhlükəsizliyə təhdiddir, ona görə də İran “Zəngəzur dəhlizinin işə salınmasının qəti əleyhinədir”.