Məşhur “The Time” dərgisi sensasion məlumat yayıb. Bu məlumat İran Prezidenti Rəisinin faciəvi ölümü ilə bağlı yeni suallar yaradır.
Qərbin ən nüfuzlu nəşrlərindən olan “The Time”sda gedən “The Questions Lingering Around the Death of Iran’s President” (İran prezidentinin ölümü ilə bağlı suallar) adlı məqaləsinin girişində yazır: “Mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter itkin düşən zaman ilkin məlumatlarda deyilirdi ki, göyərtədə ikisi cangüdən olmaqla 9 sərnişin olub. Amma qəzada ölənlərin qalıqları tapıldıqdan sonra cəsədlərin sayı 8-ə düşdü. Dörd gün sonra sosial şəbəkələrdəki paylaşımlarda ikinci mühafizəçinin sirri üzə çıxdı: Cavad Mehrabl İbrahim Rəisinin anım mərasimində peşman bir halda göründü. Mətbuat bildirdi ki, son anda sağ qalan cangüdənin rəhbəri Mehdi Musəvi onu prezidentin helikopterindən kənarlaşdırıb və həmin gün hərəkət edən digər iki konvoya yollayıb.
Mehdi Musəvi qəzada öləndən sonra onun atası İran dövlət televiziyasına bildirib ki, oğlunun bu səfərdən qayıtmayacağını bilirmiş.
“Səfərdən bir gün əvvəl o, bizi ziyarət etdi”, – ata kamera qarşısında deyib.
“O, sağollaşdı və maşınına mindi, amma geri qayıtdı və 20 dəqiqə də bizimlə bir yerdə qaldı. Sonra getdi, lakin qısa bir yoldan sonra yenidən qayıtdı və bizimlə daha 10 dəqiqə vaxt keçirdi”. Ata danışarkən az qala boğulur. “Oğlum üçüncü dəfə bizimlə sağollaşanda anasını öpdü, sonra əyilib anasının ayağından da öpdü, məni öpdü, sonra əyilib mənim də ayaqlarımdan öpdü.
“O zaman onun gedəcəyini və bir daha geri dönməyəcəyini bilirdim, bir daha görüşməyəcəyimizi bilirdim”…
Mehdi Musəvi İran prezidenti İbrahim Rəisinin təhlükəsizlik xidmətinin rəhbəri olub. Onun belə bir davranış sərgiləməsi təsadüfi ola bilərmi? Bu davranış ondan xəbər verir ki, Mehdi Musəvi sui-qəsd təhlükəsindən xəbərdar olub. Bu suala konkret cavab vermək çətindir. Ancaq bu olay bir daha baş verən qəzanın İranın daxilindən qaynaqlandığını deməyə ciddi əsaslar verir.