Rəcəb Tayyib Ərdoğan: “Madriddə imzalanan memorandum sadəcə dəvətdir”

0
320

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiyanın NATO-ya qoşulmasına icazə verməyəcəyini bildirib.

Bu barədə TRT telekanalı məlumat verib.  

“İsveç və Finlandiya terror təşkilatlarını dəstəkləməkdən əl çəkmədikcə NATO-ya üzvlüklə bağlı bizdən müsbət yanaşma gözləməməlidirlər. Bu məsələdə heç kim bizdən güzəştlər gözləməsin”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin terrorçu hesab etdiyi kürd silahlı birləşmələri və partiyalarının dəstəyi ilə bağlı vəziyyət dəyişməzsə, Türkiyə parlamenti yeni ölkələrin NATO-ya daxil olmasına razılıq verməyəcək.

“Əgər onlar dərhal NATO-ya qəbul olunacaqlarını düşünürlərsə, bu, göründüyü qədər asan deyil. Madriddə imzalanan memorandum sadəcə dəvətdir və biz bunu bütün NATO – da olan həmkarlarımıza söylədik”, – deyə Ərdoğan xatırladıb.