
Tək millət iki dövlətik… Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatında deyib.
O, Xocalıda vəhşicəsinə qətlə yetirilənləri rəhmətlə andığını vurğulayıb.
“İllər keçsə də ağrısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı ayırd edilmədən qəddarcasına qətlə yetirilən 613 Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, – deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
