Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Səfir bildirib ki, Ərdoğam oktyabrda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək. Səfər çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq.
Türkiyə səfiri, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının vaxtının bəlli olmadığını qeyd edib.