Rəsmi Bakıdan hücumlar gözləmək yersizdir, ona erməni ərazisi lazım deyil.
Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perenciyev Rusiyanın “Kavkazskiy Uzel” nəşrinə verdiyi müsahibəsində deyib.
O bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin susması erməni ordusunun geri çəkilməsi ilə razılaşmaq istəməməsi və işğal etdikləri ərazilərdən məcburi şəkildə çıxarılmaqla barışmaması kimi qiymətləndirilə bilər:
“Eyni zamanda, Paşinyan geri çəkilməyi qəbul etməklə Azərbaycanın məlumatlarını, eləcə də Əliyevin “Dağlıq Qarabağdakı status-kvo artıq mövcud deyil” ifadəsini təsdiqləyir. Bakının məlumatlarına etibar etməmək üçün heç bir səbəb yoxdur. Bundan əlavə, (ərazilərin Azərbaycan tərəfindən ələ keçirilməsinə dair) məlumatlar şəffaf və dəqiqdir.
Azərbaycan Ordusu üçün əsas istiqamətlərdən biri cənub bölgəsi oldu. Orada Ermənistanın müdafiəsi məhv edildi və artıq Hadrut-Füzuli-Cəbrayıla bənzər bir sərhəd yoxdur”.
Ekspertin sözlərinə görə, İrəvan vaxtında danışıqlar masasına əyləşməli, məsələləri sülh yolu ilə həll etməli, eləcə də Ermənistanın maraqlarını əks etdirən Madrid prinsiplərinin yolu ilə getməli idi.