Quzular müəmmalı səbəbdən tələf olur – FOTO/VİDEO

0
548

Ucar rayonunun Qəzyan kəndinin sakinləri Fikrət Cəlilov və oğlu Cavid Cəlilov birləşərək fərdi təsərrüfat yaradıblar. Lakin 3 ildir ki, qış aylarında yeni doğulan quzular tələf olur. Bunun qarşısını almaq məqsədilə baytar həkimlərin məsləhəti əsasında qoyunlara iynələr vurulub. Ancaq görülən tədbirlərə baxmayaraq, hələ də tələfatın qarşısını almaq mümkün olmur.

Fermerin sözlərinə görə, həkim məsləhəti ilə qoyunlara dərmanlar vurulur. Lakin quzular ana südü ilə qidalandıqları üçün dərmanlar quzularda əks-təsir yaradır. Bir neçə gündən sonra isə quzular tələf olur.

Xırda buynuzluların tələf olması ilə bağlı təsərrüfat sahibləri Ucar Rayon Baytarlıq idarəsinə məlumat veriblər. Dəfələrlə həmin təssərrüfatda olan heyvanlara baxış keçirilib. İki dəfə heyvanların saxlanıldığı tövlə dezinfeksiya olunub. Məsələ ilə bağlı Ucar Rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov bildirib ki, tələfatın ilkin səbəbləri məlumdur, lakin dəqiq səbəblər laboratoriyanın cavabından sonra məlum olacaq.

Qeyd edək ki, baytarlıq idarəsindən təsəssüfat sahiblərinə örüş, otlaq sahəsini dəyişmək və heyvanlara tərkibinin daha zəngin olduğu yemlərin verilməsi tövsiyə edilib.