Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Tomas Peske qütb parıltısının kosmosdan çəkilmiş şəklini paylaşıb.
“Missiyamız ərzində Şimali Amerika və Kanada üzərində ən güclü qütb parıltısını müşahidə etdik”, – deyə o, özünün “Twitter” səhifəsində qeyd edib.
Fransalı astronavt təbiət hadisəsinin episentri üzərindən uçduqlarını bildirib.