Qurban Yetirmişli: “Türkiyədəki təkanların Azərbaycandakı zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur”

0
236

“Azərbaycanda zəlzələnin təsirini tək-tük insan hiss edib”.

Bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O xatırladıb ki, yanvarın 28-də İranın Xoy şəhərində də zəlzələ baş verib:

“Həmin zəlzələnin episentri Naxçıvandan təxminən 92-98 kilometr uzaqda idi. Onun təsiri beş baldan üç bala qədər Naxçıvanda hiss edilmişdi. İndiki halda zəlzələ episentri ilə Naxçıvan arasında 700-800 kilometr var. Bu zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını oyatmaq ehtimalı yoxdur”.