AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin ötən gün onlayn formatda baş tutan iclasında komitə üzvü Qurban Qurbanovun iştirak etməməsi barədə danışıb.
Federasiya rəsmisi bunun Qurbanovun istəyi olduğunu bildirib.
“Bildiyiniz kimi iclasın gündəliyində sadəcə bir məsələ var idi. Qurban Qurbanov bundan xəbərdar idi. O, etik olaraq bu müzakirələrdə iştirak etmək istəmədi. Qurban Qurbanov milli komandanın baş məşqçisi olub, hazırda da fəaliyyətini “Qarabağ”da davam etdirir. Bu məqamın həssaslığını nəzərə alaraq iclasa qatılmadı”.