Qurban Qurbanov bu şəbəkəni ifşa etdi: Rövnəq Abdullayev və dəstəsini nə gözləyir?

0
157

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İctimai telekanalın efirində Azərbaycan futbolu ilə bağlı açıqladığı şok faktlar cəmiyyətdə geniş müzakirə olunur.

Qurban Qurbanov bu müsahibə ilə faktiki olaraq Azərbaycanda futbolu monopoliyasında saxlayaraq məhv edən şəbəkəni faş edib. O, müsahibəsində futbol təsərrüfatının əsas problemini və çıxış yolunu göstərib. Əsas problem hazırkı rəhbərlik, çıxış yolu isə AFFA-da islahatların aparılması, işin peşəkarlara tapşırılmasıdır.

Qurban Qurbanov millinin baş məşqçisi olduğu zaman bu şəbəkənin onu özünün xəbəri olmadan postundan necə uzaqlaşdırdığını da detalları ilə açıqlayıb.

Şəbəkənin – AFFA İcraiyyə Komitəsinin dəhşətli qanunsuzluqları – cinayətə bərabər qanunsuzluqları adamı heyrətləndirməyə bilməz.

Cəmiyyətin bu məsələni müzakirə etdiyi vaxt sual yaranır: Qurban Qurbanov niyə məhz indi danışdı?

Bunun tutarlı səbəbi ola bilər. Qurban Qurbanov sözünün çəkisini və dəyərini bilən adamdır. O, bu haqda danışırsa, əmin olmalıdır ki, sözü havada qalmayacaq. Ölkənin ən uğurlu məşqçisi Azərbaycan futbolunun problemlərini deyirsə, deməli, ardınca bu problemlərin həllinə başlanılmalıdır. Görünür, Qurban Qurbanov dünənə qədər buna əmin deyildi, sözünün havada qalacağına inanırdı.

Böyük ehtimalla, artıq situasiya dəyişib. Qurban Qurbanovun bu fikirlərinin İctimai telekanalın efirində səslənməsi də çox mətləbdən xəbər verir: Dəyişiklik qaçılmazdır, Qurban Qurbanovun ifşa etdiyi şəbəkənin zərərsiləşdirilməsinə yaxın vaxtlarda başlanılacaq.

Şəbəkə də bəllidir, törətdikləri cinayətlər də. AFFA İcraiyyə Komitəsi. Rövnəq Abdullayevin AFFA prezidenti təyin edildiyi 2008-ci ildən bəri Azərbaycanın futbol təsərrüfatında milyardlarla vəsait məhz bu qurumun əli ilə “yuyulub”. Azərbaycan futbolu o vəsaitdən qəpik də xeyir görməyib. Bu illər ərzində Azərbaycanda futbola o qədər böyük vəsait ayrılıb ki, onunla az qala işğaldan azad olunmuş bütün əraziləri bərpa etmək olardı.

Bir sözlə, Qurban Qurbanov danışdı, cəmiyyəti oyatdı və mesaj verdi: Şəbəkə ifşa edildi, mütləq zərərsziləşdiriləcək.