2023-cü ildə İsveçdə Quranı yandıraraq böyük etirazlara səbəb olan Salvan Momikanın ötən gecə güllələnərək öldürüldüyü bildirilib.
38 yaşlı Salvan Momika “Tiktok”da canlı yayım edərkən evdə hücuma məruz qalıb.
Polis hadisə yerinə gedib və Momikanın cansız bədəni ilə qarşılaşıb.
Polislər şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Qeyd edək ki, 2023-cü il iyunun 28-də Salvan Momika və Salvan Najem Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıblar.