Qubaya qar yağdı – FOTO

0
379

Ötən gün axşam saatlarından başlayaraq, Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.
Yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.
Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.
Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.