Qubadlıda gömrük postu yaradıldı

0
330

Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb.

Bunu  müsahibəsində DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.

O bildirib ki, həmin ərazidə Əməliyyat-İstintaq Baş İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Baş idarənin struktur bölmələrinin əməkdaşları mütəmadi olaraq yeni yaradılmış gömrük postuna ezam edilərək müvafiq vəzifələrin həyata keçirilməsi təmin edilməkdədir.