
Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən bir il ötür.
Müzəffər Azərbaycan Ordusu bir il öncə digər əraziləri də işğaldan təmizləyib.
Həmin gün işğaldan azad olunmuş ərazilərin siyahısını təqdim edirik:
Qubadlı rayonu üzrə: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri;
Zəngilan rayonu üzrə: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri;
Cəbrayıl rayonu üzrə: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu.