Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Samir İslamov, eləcə də Xaçmaz rayon sakinləri Məhsim Şəfiyev, Bəxtiyar Bağırov və Tofiq Zeynalov saxlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin qrup halında Quba rayonu ərazisində müxtəlif obyektlərdən mis naqillər, tikinti texnikalarına aid ehtiyat hissələr, 630 manat dəyərində elektrik dirəklərinin dəmir konstruksiyalarını və kişi ayaqqabıları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.