Quba rayonunda körpünü sel aparıb.
Bu barədə Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sel rayonun Xanagah kəndində yerləşən Çağacıq çayının üzərində inşa edilən körpülərdən birinə ziyan vurub:
“Yağışlı hava şəraiti səbəbindən ərazidə iş görmək çətinləşib. Sel körpülərdən birinə ziya vurub. Lakin kəndin yaşayış məntəqələri arasında sakinlərin gediş-gəlişində ciddi problem yoxdur. Quba Rayon İcra Hakimiyyəti tərəfindən hadisə yerinə texnika göndərilib. Hava şəraitindən asılı olaraq, qısa zamanda təmir işləri yekunlaşdırılacaq”.