Qubada bayramqabağı yarmarkalar təşkil olunub.
Bayram öncəsi keçirilən bu yarmarka həm alıcı, həm də satıcılar üçün fürsətə çevrilib. Satıcılar heç bir ödəniş etmədən burada alıcılara məhsullarını bazarlardan fərqli olaraq ucuz qiymətə təklif ediblər. Ən çox qiymət fərqi ət, kələm, kartofun satışında özünü göstərib. Elə digər məhsullarda da 20-30 faiz ucuzluq müşahidə edilir.
Müştəri sarıdan korluq yaşanmadığını deyən satıcılarla yanaşı elə alıcıların da üzü gülür.