Qrip, yoxsa koronavirus, nələrə diqqət etməliyik? – Mühüm AÇIQLAMA

0
650

Respirator infeksiyaların baş qaldırdığı payız ayları pandemiya dövründə mövcud təhlükəni daha da artıracaq.

Dünyanı aciz duruma salan COVİD 19-un simptomlarının qrip infeskiyası ilə eynilik təşkil etməsi insanlarda çaşqınlığa, səhlənkarlığa səbəb ola bilər. Nəticədə bu, ölkədə xeyli azalan yoluxma sayının qarşıdakı bir neçə ayda sürətlə artmasına səbəb ola bilər ki, bu da avqustun 5-dən mərhələli yumşalma planlarını yenidən təxirə sala bilər.

Bəs qrip virusunu koronavirusdan seçmək üçün nələrə diqqət etməliyik?

Mövzuyla bağlı koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov açıqlama verib:

“Hər bir halda, elə bizim özümüzə də bəzən araşdırmaq üçün vaxt lazım olur, müəyyən analizləri yoxlamaq, xəstənin müayinə olunması lazım olur. Elə bir kəlmə sözlə mən deyim ki, “Yox e, səndə bu virus yoxdur” və yaxud da “Sən koronavirusa yoluxmamısan”, belə demək, bu qeyri-peşəkarlıqdır.

Hər bir xəstə, insan özündə müəyyən xəstəliyin əlamətlərini – temperatur, əzginlik, öskürək, döş qəfəsində ağrı və yaxud da ihsal halları müşahidə edərsə, o, mütləq həkimə müraciət etməlidir. Ən azı ərazi üzrə poliklinikanın həkiminə müraciət etməlidir və o xəstədə lazımi müayinələr aparılmalıdır. Tutaq ki, COVİD-ə görə burnundan, boğazından yaxma götürülməlidir. Lazım olsa, xəstənin əgər simptomları güclü müşahidə edilməyə başlayıbsa o insanların ağciyərin rentgen müayinəsi və bəzi hallarda daha da dəqiqləşdirmək üçün KT (Kompüter Tomoqrafiya) aparılmasına qərar verilməlidir.

Biz deməklə ki, “Hə, səndə koronavirus deyil”, belə olmaz. Bəlkə xəstədə virus simptomatik deyil. Onun ağciyərində 5%-10% virus zədələnməsi zonası aşkar olunur. O, bir həftədən sonra get-gedə ağırlaşmaq baxımından əməlli-başlı özünü göstərir. Mütləq hər bir insan özündə xəstəliyin əlamətini aşkar edən kimi ərazi üzrə həkiminə müraciət etsin və o həkimin qərarlarını, dediyi müayinələrlə nəzarətə götürülməlidir. Bu, vacib şərtdir”.