“Qrip hamilələrdə dölün ölümünə səbəb ola bilər” – Həkimdən AÇIQLAMA

0
255

“Hamiləlik dövründə qripə yoluxma halı dölün ölümünə səbəb ola bilər”.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

T.Eyvazov bildirib ki, hamilələrin qripə yoluxması müxtəlif fəsadlara yol aça bilər:

“Fəsadlar dedikdə nəzərdə tutduğumuz körpələrin vaxtından əvvəl və az çəki ilə doğulmasıdır. Bundan başqa əgər hamiləliyin erkən dövründə qripə ağır yoluxma halı baş verirsə, bu zaman infeksiya döldə anomaliyalara da səbəb ola bilər. Bu nadir hallarda rast gəlinsə də, risk faktoru kimi qiymətləndirilir. Qripin ağırlaşmış forması hətta dölün ölməsinə də səbəb ola bilər. Bunun rastgəlmə tezliyi çox deyil. Hamilələr xəstə şəxslərlə təmasdan çəkinməli, payız-qış mövsümündə əhalinin sıx toplaşdığı yerlərdə olmamalıdır”.