Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir? – RƏSMİ AÇIQLAMA

0
276

“Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır”.

Bu barədə TƏBİB-dən bildirilib.

“TƏBİB-in tabeliyindəki tibb müəssisələri vaksinasiya üçün hazır vəziyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər”, – deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən ölkəyə yenidən qrip əleyhinə vaksinlərin gətiriləcəyi bildirilib.

“Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub”, – deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.