Qrenlandiyanın taleyi ilə bağlı QƏRAR: ABŞ-la ittifaq bağlayacaq, amma…

0
19

Adanın taleyini təyin edərkən Qrenlandiya sakinlərinin rəyi nəzərə alınacaq, lakin onu asanlıqla dəyişdirmək olar.

Bunu politoloq Sergey Markov “Lenta.ru” ilə söhbətində bildirib.

O etiraf edib ki, Qrenlandiya ABŞ-la strateji ittifaq bağlayarkən rəsmi olaraq Danimarkanın tərkibində qala bilər.

“Sakinlər müxtəlif hadisələrin onlara hansı perspektivlər vəd etdiyini öyrəndikdən sonra fikirlərini asanlıqla dəyişə bilərlər”, – politoloq deyib.

“Müxtəlif sorğular var. Bəziləri Qrenlandiya əhalisinin ABŞ-a qoşulmaq istəmədiyini, digərləri isə əksəriyyətin ya Danimarkadan müstəqillik, ya da yüksək səviyyədə muxtariyyət istədiyini bildirir”, – deyə müsahib qeyd edib.

Markovun fikrincə, indi Qrenlandiya sakinləri üçün ideal variant adanın rəsmi olaraq Danimarkanın tərkibində qalması, lakin reallıqda müstəqil olması və eyni zamanda ABŞ-la strateji ittifaqa girməsi, sakinlərə bir sıra imkanlar verməsi olardı.

“Bu yolla Birləşmiş Ştatlar istədiklərini həyata keçirə bilər, sakinlər vizasız səyahət, sosial infrastruktur və digər bonuslar da ala biləcəklər. Yəqin ki, sonda belə olacaq”, – deyə həmsöhbət bildirib.