Qoşunlar çıxarılır – Paşinyan Əliyevin daha bir tələbini yerinə yetirdi

0
60

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirib.

Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşr yazır ki, Paşinyan mayın 8-də Moskvada Putinlə görüşdükdən sonra Rusiya sərhədçilərinin sərhəd boyu ərazilərdən çıxarılması prosesinə start verib.

“Rusiya sərhədçiləri əsasən Azərbaycanla sərhəddən geri çəkilirlər. İran və Türkiyə ilə sərhəddə isə qalırlar. Bu, İlham Əliyevin tələblərindən biridir. Sülh müqaviləsinin ilkin variantında rəsmi Bakı tələb irəli sürmüşdü ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkənin nümayəndələri dayanmamalıdır.

Bizə həmin sənədin cızma-qarasını verdilər. Orada yazılır ki, “tərəflər öz sərhədlərində üçüncü tərəf qüvvələrinin olmasını istisna etməlidir”. Yəni Paşinyan rus sərhədçilərini çıxarmaqla suverenlik və müstəqillik nümayiş etdirməyib, Əliyevin daha bir tələbini yerinə yetirib”, – nəşr iddia edir.