Qorxulu xəbərdarlıq: Yalnız bu 5 ölkə qalacaq

0
110

Alimlər illərdir ki, qlobal böhran zamanı hara qaçmaq barədə genişmiqyaslı və ciddi araşdırmalar aparırlar.

Mütəxəssislər ağır maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, Covid-19-dan daha pis pandemiya nəticəsində qlobal böhran baş verə biləcəyini bildiriblər. Hansı ölkələrin belə bir çöküşə daha dözümlü olacağını qiymətləndirmək üçün araşdırma aparılıb.

Ölkələr öz əhalisini ərzaqla təmin etmək, sərhədlərini arzuolunmaz kütləvi miqrasiyadan qorumaq, elektrik şəbəkələrinə və bəzi istehsal aspektlərinə əsasən sıralanıb.

Bu ölkələrə Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti daxildir. Bildirilir ki, bu ölkələrin baş verə biləcək fəlakətlərə qarşı dayanıqlıq potensialı yüksəkdir.

Yeni Zelandiyanın geotermal və hidroelektrik enerjisi, bol kənd təsərrüfatı torpaqları və aşağı əhali sıxlığı olduğu üçün bu siyahıda birincidir. Hətta milyarderlərin qiyamətə hazırlıq məqsədilə Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları da bildirilib.

Araşdırma “Sustainability” jurnalında dərc olunub.