Qorxu nədir bilməyən dağların igidləri

0
292

Bu gün Qəbələ rayon Soltanuxa kənd şəhidi Üzeyirov Qoşqar Müşfiq oglunun mövludu qeyd olundu.

Tədbirdə Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, ruhanilər, Qızıl Aypara cəmiyyətinin sədri Sədaqət Bayramova, Şirvan şəhid ailələri, qaziləri, Mingəçevir şəhid ailələri, İsmayıllı şəhid ailələri, Qəbələ TV, kənd sakinləri, Qəbələ rayon Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəbin birinci sinif şagirdi Ayla Abdurahmanova, Nihat Callatov iştirak etdi.

Əvvəlcə şəhidin məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur

Gələn qonaqlar çıxış etmiş, şəhid ailəsinə başsağlığı vermişlər.
Ayla və Nihat vətənpərvərlik mövzusunda şeirlər söyləmişdilər.

Şəhidin valideynləri çıxış edərək belə bir gündə onları yanında olduqları üçün gələn qonaqlara təşəkkürlərini bildirmişlər.

Tədbir Soltanuxa məscidində çay süfrəsi arxasında davam etmişdir.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri “