
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş sovet rəhbəri Mixail Qorbaçova NATO-nu şərqə doğru genişləndirməmək barədə vəd verdiyini xatırladıb.
O, bu barədə Amerikanın NBC kanalına müsahibəsində danışıb.
“Sovet dövründə Qorbaçova NATO-nun şərqə doğru genişlənməyəcəyi vəd edildi. Tanrıya şükür, o, hələ sağdır, özündən soruşun, bu vəd şifahi olaraq verildi, amma verildi. Bəs indi bu vəd niyə yerinə yetirilmir?”, – Rusiya lideri bildirib.