Qonşuda dərslər gələn ilə qədər təxirə salındı

0
682

İranda növbəti tədris semestri onlayn olacaq.

Bu sözləri İranın Təhsil naziri Möhsün Hacı Mirzayi deyib.

“Tələbələrin universitetlərdə qeydiyyatdan keçməsi üçün müsabiqənin nəticələri təxminən oktyabrın 6-da açıqlanacaq. Dərslər oktyabr ayının ikinci yarısına qədər başlayacaq. Tələbələr oktyabrın 22-dən dərslərinə başlaya biləcəklər. Onu da deyim ki, yanvar ayına qədər əyani dərs semestri olmayacaq. Hazırda universitetlər onlayn dərslərə hazırlaşırlar”, – o bildirib.