Qondarma “Erməni soyqırımı” İtaliya parlamentində qəbul edilə bilər

0
759

1915-ci hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün İtaliya parlamentinə qanun layihəsi təqdim edilib.

Layihəni iqtidardakı müttəfiqlər 5 Ulduz Hərəkatı və Liqa Partiyası, həmçinin müxalifətdəki Demokratik Partiya və İtaliyanın Qardaşlar Partiyasının deputatları imzalayıblar.

Layihədə qeyd edilib ki, 1915-1917-ci illərdə 1,5 milyon erməninin ölməsi “soyqırım” olaraq qəbul edilməlidir.

Layihənin yaxın vaxtlarda səsverməyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, 2015-ci ildə Roma Papası Fransisk Vatikanda keçirilən anım tədbirində “soyqırım” ifadəsini işlətməsi Türkiyə ilə İtaliya arasında siyasi böhrana səbəb olmuşdu. Türkiyə Vatikandakı səfirini geri çağırmış, 10 ay ərzində diplomatik münasibətlərin səviyyəsi endirilmişdi.