Düzgün qidalanma və müntəzəm fiziki fəaliyyət qocalmanı ləngidə bilər.
Bunu rusiyalı həkim Aygül Arslanova deyib.
Mütəxəssis qida rasionuna təzə meyvə və tərəvəzləri, tam taxılları, zülalları və süd məhsullarını daxil etməyi məsləhət görüb. O, şəkər və doymuş yağların istehlakını məhdudlaşdırmağa çağırıb.
Antioksidantlarla zəngin qidalara – giləmeyvə, yaşıl çay və qoz-fındıqlara xüsusi diqqət yetirilməlidir. Onlar yaşlanmada mühüm rol oynayan oksidləşdirici stresslə mübarizə aparmağa kömək edir.
Fiziki məşq öz növbəsində damar sistemini gücləndirir, xolesterin və qan təzyiqi səviyyəsini normal saxlayır, maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir və psixi sağlamlığa müsbət təsir göstərir. Arslanova qocalmanı şərtləndirən əsas amillərdən biri olan stress səviyyəsini azaldan yoqa və meditasiya etməyi tövsiyə edib. Hobbi və yaxınlarınızla ünsiyyət də narahatlıq səviyyəsini azaltmağa kömək edəcək.
Bundan əlavə, insanlarla ünsiyyət beyin fəaliyyətini aktivləşdirməyə kömək edir. Beyin sağlamlığını qorumaq üçün əlavə stimul olaraq, oxumaq və yeni şeylər öyrənmək, stolüstü oyunlar oynamaq, bulmacalar və məntiq problemlərini həll etmək tövsiyə olunur.