Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

0
458

Qobustan Qoruğunda koronavirus təhlükəsinə qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Qoruq bu gündən etibarən fəaliyyətini qismən müvəqqəti olaraq dayandırır.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020- ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirinin 06.03.2020-ci il tarixli müvafiq əmrinə əsasən Koronavirus (CoVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda qabaqlayıcı profilaktik tədbirlər həyata keçiriləcək. Bununla əlaqədar olaraq bildiririk ki, profilaktik tədbirlərin keçirildiyi müddət ərzində Qobustan abidələrini əks etdirən açıq səma altında muzey fəaliyyətini tam şəkildə davam etdirəcək. Qoruğun muzey binası isə 11.03.2020-ci il tarixdən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq”.