“Qızım doğulanda həkim əlindən yerə saldı, dedilər ölüb gedəcək” – Ana efirdə fəryad etdi – VİDEO

0
372

“Elgizlə İzlə” verilişinə müraciət edən Vəfa xanımın dedikləri hər kəsin təəccübünə səbəb olub:

“Qızımın adı Adilədir, 11 yaşı var, amma 3 yaşında uşaq kimidir. Qızım doğulanda həkimin əlindən yerə düşdü. Sonra yoxladılar qızımı, dedilər ki, başının arxa məməcikləri əzilib. 5-6 il olar ki, müalicəsini dayandırmışam, imkanım yoxdur. 2 uşağım var, oğlan atasındadır, qızım isə mənimlədir. Atası heç Adilə ilə maraqlanmır. Mənə deyirlər ki, ölüb gedəcək, niyə baxırsan bu uşağa?”