Qızılın qiyməti son səkkiz ildə ən yüksək səviyyəyə qalxdı

0
482

Dünya bazarında qızılın qiymətləri 1,7 min dollara qalxıb və bununla da 2012-ci ilin rekordunu qırıb.

“İzvestiya”nın xəbərinə görə, bu, neftin qiymətinin kəskin enməsi və eyni zamanda koronavirus səbəbi ilə bazarlarda olan mənfi əhval-ruhiyyə fonunda baş verib.

Dünya birjalarında keçirilən ticarət əməliyyatlarına əsasən, qızılın qiyməti 1,5% artaraq 1 unsiya üçün 1699,20 dollar, sonra isə 1702.45 dollar səviyyəsinə yüksəlib.