Qızıl Xaç Qarabağa qayıtmaq üçün erməniləri qeydiyyata alır: Bakı ilə İrəvan razılaşıb?

0
169

Qarabağdan gedən ermənilərin Qızıl Xaç Cəmiyyətinin ofisinə müraciət etdikləri bildirilir.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, Qarabağa qayıtmaq istəyən ermənilərə komitəyə müraciət etmələri tövsiyə olunub. Amma separatçıların bəzi nümayəndələri bu məlumatı təkzib edib, bildirib ki, dövlət səviyyəsində belə bir proses aparılmır.

Erməni revanşistlər isə iddia edirlər ki, Bakı ilə İrəvanın gizli anlaşması var və bu anlaşma çərçivəsində bir neçə yüz erməni Qarabağa qaytarılacaq.

Hər halda, Bakı dəfələrlə bəyan edib ki, ermənilərin Azərbaycan qanunları əsasında yaşamasına tam təminat verir. Amma revanşistlər erməniləri təzyiq altında saxlayırlar, onların geri qayıtmasını əngəlləyirlər. Çünki ermənilər geri qayıdıb Azərbaycanın onlar üçün yaratdığı imkanlardan yararlansalar, beynəlxalq müstəvidə Bakıya qarşı anti-təbliğat aparmaq asan olmayacaq.