“Goal” portalı UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmalarından sonra 2025-ci il üçün “Qızıl top” reytinqini yeniləyib.
Siyahıya hələ də Paris Sen-Jermen klubunun fransalı cinah oyunçusu Usman Dembele başçılıq edir. Onun ardınca “Barselona”nın ulduz futbolçuları Lamin Yamal və Rafinya gəlir.
Reytinqdə dördüncü pilləyə PSJ-nin qapıçısı Cianluici Donnarumma yüksəlib. O, “Arsenal”a qarşı yarımfinal mərhələsində iki möhtəşəm oyun keçirməklə irəliləyib.
Beşinci yerə isə İngiltərə Premyer Liqasının 2024/25 mövsümündə çempion olmuş “Liverpul”un lideri və əsas qol silahı Məhəmməd Salah layiq görülüb.
2025-ci il üçün “Qızıl top” reytinqində ilk 20-lik:
1. Usman Dembele (PSJ)
2. Lamin Yamal (Barselona)
3. Rafinya Dias (Barselona)
4. Cianluici Donnarumma (PSJ)
5. Məhəmməd Salah (Liverpul)
6. Pedri (Barselona)
7. Harri Keyn (Bavariya)
8. Kilian Mbappe (Real Madrid)
9. Lautaro Martines (İnter)
10. Robert Levandovski (Barselona)
11. Xviça Kvaratsxeliya (PSJ)
12. Nunu Mendeş (PSJ)
13. Vitinya (PSJ)
14. Cud Bellinqem (Real Madrid)
15. Vinisius Junior (Real Madrid)
16. Viktor Qyökereş (Sportinq)
17. Əşrəf Hakimi (PSJ)
18. Denzel Damfris (İnter)
19. Deklan Rays (Arsenal)
20. Dezire Due (PSJ)